Dünyada borcların həcmi 70 trilyon dollar artıb

Dünyada borcların həcmi 70 trilyon dollar artıb

Dünyada borc son ildə 70 trilyon dollar artaraq 237 trilyon dollara çatıb. 

7news.Az xarici mətbuata istinadən xəbər verir ki, ev təsərrüfatlarının borcunun həcmi tarixi rekordunu qırıb.

Hesablamalara görə, Belçika, Kanada, Fransa, Lüksemburq, Norveç, İsveç və İsveçrədə ev təsərrüfatlarının borcları artıb. 

İnkişaf etmiş ölkələr qrupunda ancaq İrlandiya və İtaliyada ev təsərrüfatlarının borcu ümumi daxili məhsulun 50 faizindən aşağıdır.  

7news.Az

Xəbər lenti