Dünyanın ən bahalı futbolçusunun adı açıqlandı

Dünyanın ən bahalı futbolçusunun adı açıqlandı

Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb. 

7News.Az xəbər verir ki, bu, PSJ klubunun və Fransa yığmasının 19 yaşlı hücumçusu Kilian Mbappedir. 

Müvafiq siyahı CIES Football Observatory analitik şirkəti tərəfindən hazırlanıb. 

Mbappe 216,5 milyon avroya qiymətləndirilib. 

İkinci yerdə "Tottenhem”in oyunçusu Harri Keyn (197,3 milyon avro), üçüncü yerdə isə Lionel Messi (170, milyon avro) qərarlaşıb. 

Siyahı tərtib olunarkən CIES Football Observatory şirkətinin analitikləri eksklüziv alqoritmdən istifadə edirlər. Belə ki, onlar yaş, mövqe, klub və millidəki çıxışlar, klub və millilərin nailiyyətləri, çempionatların səviyyəsi kimi amilləri nəzərə alırlar. 

Qeyd edək ki, PSJ Mbappeni 180 milyon avroya alıb.  

7News.Az

Xəbər lenti