Dünyanın ən seksual kişisi seçildi - VİDEO

Dünyanın ən seksual kişisi seçildi - VİDEO
Dünyanın ən seksual kişisi seçilib.

7News.Az euronews.com-a istinadən xəbər verir ki, məşhur ingilis aktyor İdris Elba "People Magazine" jurnalı tərəfindən dünyanın ən seksual kişisi adına layiq görülüb. Qeyd edək ki, bu məşhur jurnal İngiltərədə ən çox satılan və məşhur jurnallardan biridir.

Londonda doğulan aktyor deyir ki, jurnal əməkdaşları bu xəbəri zəng edib ona bildirdiklərində əvvəlcə inanmayıb: "Çox gözəl bir sürpriz oldu".

Qeyd edək ki, İdris Elba axırıncı dəfə "Luter" filmindəki roluna görə "Qızıl qlobus" mükafatının laureatı olub. 



 
 

7News.Az

Xəbər lenti