Bakıda yanacaqdoldurma məntəqəsində təhlükəli anlar

Bakıda yanacaqdoldurma məntəqəsində təhlükəli anlar

Bakıda yanacaq doldurma məntəqəsində qorxulu anlar yaşanıb.

Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən “RM petrol” maye-qaz doldurma məntəqəsində saat 18 radələrində qəza baş verib.

Qaz doldurularkən boru partlayıb. 20-30 dəqiqə ərzində hadisəyə müdaxilə edən olmayıb. Yüksək təzyiqlə ətrafa yayılan qaz panikaya səbəb olub.

Qəza baş verərkən “RM petrol”un ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Ətrafda olan ticarət obyektləri fəaliyyətini davam etdirib, xeyli sayda insan hadisəni izləmək üçün oraya toplaşıb. Hadisə şahidlərinin dediyinə görə, baş verən qəzanı izləyənlər arasında siqaret çəkən şəxslər də olub. Onlara xəbərdarlıq edildiyindən, hadisə yerindən uzaqlaşdırıldığından baş verə biləcək faciənin qarşısı alınıb./musavat.com

7news.Az

 

 

Xəbər lenti