Dövlət Gömrük Komitəsi Rusiyanın 18 ton pomidoru geri qaytarmasına münasibət bildirdi

Dövlət Gömrük Komitəsi Rusiyanın 18 ton pomidoru geri qaytarmasına münasibət bildirdi

Dövlət Gömrük Komitəsi Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün  geri qaytarıldığına dair mediada yayılan məlumatlara münasibət bildirib.

7news.Az Gömrük Komitəsinə istinadən xəbər verir ki, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb,  o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Hazırda Rusiya Federasiyası ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.

 

7news.Az

Xəbər lenti