Dövlət müəssisələrinin fəaliyyətinin monitorinqi təklif edildi

Dövlət müəssisələrinin fəaliyyətinin monitorinqi təklif edildi

Dövlət müəssisələrinin şəffaflığı artırılmalıdır. 20 dövlət müəssisəsindən 16-sı publik hüquqi şəxsə çevrilib. 

7news.Az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi "Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşkili” mövzusunda konfransda deyib:

"Hazırda bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac var. Biz bu sahədə əlaqələndirməni gücləndirmək üçün Azərbaycan hökumətinə dəstək oluruq”. 

Dünya Bankı rəsmisi təklif edib ki, hazırda fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyəti monitorinq edilsin və onlar barədə yekun qərar verilsin:

"Mövcud iqtisadi siyasəti həyata keçirib Azərbaycanı orta gəlirli ölkədən növbəti mərhələyə keçirmək lazımdır. Dünya Bankı olaraq biz dövlət müəssisələrinin idarə edilməsində Azərbaycana dəstək verməyə hazırıq.

Düşünürəm ki, daha çətin qərarlar verilməlidir ki, ölkə iqtisadiyyatı, o cümlədən qeyri-neft sektoru daha da inkişaf etsin”.

7news.Az

Xəbər lenti