Dövlət Neft Fondu vəsaitlərinin həcmini açıqladı

Dövlət Neft Fondu vəsaitlərinin həcmini açıqladı

Azərbaycan Dövlət Neft Fondu neft gəlirlərindən formalaşan vəsaitlərin həcmini açıqlayıb.

7News.Az xəbər verir ki, 2001-ci ildə ARDNF-nin vəsaitləri 270 mln. ABŞ dolları təşkil edirdisə, 2018-ci il üzrə bu rəqəm artıq 38 mlrd. ABŞ dollarını keçib.

Fond bu vəsaitlərin səmərəli idarə edilməsi prinsipi əsasında mühüm ümummilli layihələrin maliyyələşdirilməsini həyata keçirdiyini vurğulayıb: 

"Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ARDNF-nin vəsaiti hesabına həyata keçirilir. Ölkəmiz üçün çox mühüm iqtisadi, siyasi, strateji əhəmiyyət kəsb edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, "Star” neft emalı kompleksinin, o cümlədən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından mühüm olan "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti”nin tikintisi layihələri də ARDNF tərəfindən maliyyələşdirilib.

Bunlarla yanaşı, hazırda Samur-Abşeron suvarma sisteminin yenidən qurulması tikintisi layihəsinin maliyyələşdirilməsi Fond tərəfindən həyata keçirilir”.

7News.Az

Xəbər lenti