Dövlət qulluğunda işləmək istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğunda işləmək istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə dekabrın 6-da növbəti sınaq imtahanı keçiriləcək.

Mərkəzdən 7news.Az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək.

Namizədlər imtahanı Mərkəzin binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 29 noyabrda başlayıb və 6 dekabr saat 9:00-da başa çatacaq. 

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. "Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

7news.Az

Xəbər lenti