Ə. Kərimlinin “B” planı və Azərbaycan gəncliyinin ona “BB” cavabı

Ə. Kərimlinin “B” planı və Azərbaycan gəncliyinin ona “BB” cavabı

Cənab İlham Əliyevin bu ilin aprelində erkən (növbədənkənar) prezident seçkilərinə getmək qərarı son günlərin ictimai-siyasi və media aləminin nə qədər ana mövzusuna çevrilibsə, bir o qədər də facebook və youtube siyasətçisi Əli Kərimlini və onun virtual söz pəhlavanlarını "çox çətin” vəziyyətə, əsl əndişəyə salıb. Çuxasını bit basan bu sosial şəbəkə "lideri” və onun xaricə səpələnən naibləri 2 ay sonra keçiriləcək siyasi mübarizəni öz ampulalarına uyğun, mənasız izahatlarla yozub acizlik və hörmətsizliklərini ört-basdır etməyə çalışırlar. Amma məntiqsiz açıqlamaları ilə bir niyyətlərini açıq söylədilər – dövlət başçısı bunların 9-10 aylıq (2018-ci ilin oktyabr ayını nəzərdə tuturdular) xarici maraqlı dairələrin ssenarisi ilə oynayacaqları "hər cür siyasi təxribat, qarşıdurma və pozuculuq rollarını” alt-üst etdi. Öküz altında buzov axtaran cənab Kərimli indi "B” planına keçib – seçkiləri baykot etmək, siyasi qüvvələri və seçiciləri qərarsızlığa və itaətsizliyə çağırmaq, özlərinin beynəlxalq aləmini və təşkilatlarını ölkəmizə qarşı siyasi təzyiqlərə cəlb etmək. Əbəs, çifayda, heç vaxt alınmayacaq, əsla niyyətlərinizə çata bilməyəcəksiniz cənab Kərimli!

Baxın bu "siyasət səraslanı” Kərimli aprel seçkilərinə getməməyi hansı "siyasi arqumentlərlə” açıqlayır. Deyir, birincisi vaxt azdı, ikincisi hava soyuqdu, üçüncüsü də təbliğat kampaniyası Novruz bayramı tətillərinə düşür. İlahi, bu nə "şedevr” fikirlərdi, bu nə "dahilik”di, belədə "uzaqgörən təhlil”mi olar. Azacıq siyasətlə, siyasi mübarizə və siyasi ab-havayla maraqlanan, seçki prosseslərinə qatılan istənilən bir şəxs bunları eşidəndə, oxuyanda yalnız bir söz deyə bilər – siyasi rəzillik. Başqa ad tapmaq olmur vallah. Belədə "siyasətçi”mi olar, belədə siyasi mübarizə taktika və strategiyasımı olar? Səmimi deyim bunları bu zatın dilindən eşitdikdən bəri gülməkdən özümə gələ bilmirəm. Deyirəm bəlkə insanın psixoloji durumunda problemmi yaranıb, yoxsa mən əvvəldən dəqiq fikir verməmişəm insanın elə qabında olan bu imiş? Burada əvvəllər deyilmiş və ara-sıra işlədilən bir məsəl yadıma düşdü: "aslan qocalanda……………” nəysə, düzdür, burada sozarası deyilmiş aslan sözünün heç "a” hərfinin də cənab Kərimliyə aidiyyəti yoxdur, sadəcə bu sayıqlamaya görə yadıma düşdü. Amma həqiqətən bu hava soyuqluğu və bayram tətili əsl keyf açan söhbət oldu.

Dostlar, bu cənab Kərimli və onun Milli Şura idarəsi baykot qərarı verib və "xalqın, millətin, haqq-ədalətin və demokratiyanın” yanında olan hər bir siyasi qüvvəni və özəlliklə gəncləri də "Sonanın uşaqlarına” qoşulmağa çağırır. Guya hər bir dövlətinin gələcəyini düşünən gənc bunların yanında olmalıdı. Bu əsl ac toyuğun yuxuda darı görməsinə bənzəyir. Siz heç özunuz dediyiniz sözə özünüz inanırmısınız? Həqiqətənmi, elə təsəvvür edirmisiniz Azərbaycan gəncliyi sizin populist, soz yığnağı olan arzularınızamı inanacaq? Özünüzü aldatmayan cənablar, ümidlərinizi boşa xərcləməyin Əli Kərimli, xəyallarınızı özünüzə saxlayın ki, bəlkə nə zamansa memuar-zad yazsaz lazım olar. Əlinizi üzün gənclikdən, o sizə ancaq havada yelləmək üçün lazım olacaq.

Azərbaycan gəncləri niyə sizlərin baykotuna qoşulmayıb, yanınızda olmayacaq cənablar? İzah edim sizdə qulaq asın, asmasaz da öz işinizdir, onsuz da kor tutduğunu buraxmayan kimi sizlər də nağıllarınızdan əl çəkən deyilsiz. Amma azacıq da olsa ali təhsil və gənclər sferasında çalışan biri kimi sizlərə bəzi tövsiyyələr vermək istəyirəm ki, bəlkə oxuyub o, beyinizdə olan milyonlarla hüceyrələrdən heç olmasa bir neçəsini tərpədəsiniz.

Birincisi, sizin kimi siyasi dəllallardan fərqli olaraq, Azərbaycan gəncləri sağlam düşüncəni, məntiqi dünyagörüşü, qlobal maarifçiliyi və milli dəyərləri əsas meyarlar kimi qəbul edirlər ki, sizlər də bunlardan tamamilə kənardasız, cənablar!

İkincisi, sizlər üçün üfüqdə belə görünməyən dərəcədə Azərbaycan gənclərində dövlətinə, millətinə, onun inkişafına, tərəqqisinə və dünyada nüfuzlanmasına candan yanan bir sevği və bağlılıq var, cənablar!

Üçüncüsü, sizlərin qara niyyətlərlə, çirkli planlarla qəbul etmədiyiniz halda Azərbaycan gəncləri indiki hakimiyyətin milli və xarici siyasətini, dövlətçilik maraqlarını qoruyan addımlarını dəstəkləyir və bu islahatların davam etməsini istəyir, cənablar!

Dördüncüsü, sizlərin arzu və xəyallarında qalacaq şəkildə Azərbaycan gəncləri daim gəncliyi və təhsili dövlətin prioritetinə çevirən cənab İlham Əliyevə sadiqliyini və onun siyasi iradəsinə hörmətini nümayiş etdirir, cənablar!

Beşincisi, bütün siyasi canfəşanlığınıza, pafoslu, reallıqdan uzaq vədlərinizə rəğmən Azərbaycan gəncləri sizləri çoxdan baykot edib və cağdaş siyasi arenada sizlərin yeri olmadığını bütün dövrlərdə olduğu kimi bu növbəti seçkilərdə də sizlərə göstərəcəklər, cənablar!

Hə, bu arada, yaxın günlərdə bütün sferalarda olan Azərbaycan gənclərinin iştirakı ilə növbəti ali toplantısı – Gənclər Forumu keçiriləcək, Ə. Kərimli və onun sosial media ruporlarının "B” (baykot) planına ölkə gəncliyinin tutarlı bir cavabı olacaq – "BB”.

Asif Əsgərli

Azərbaycan Demokratik Tələbə Gənclər

Təşkilatının sədri, Milli QHT Forumunun

vitse-prezidenti


 

7news.az

Xəbər lenti