ƏDV bu tarixdən etibarən tutulacaq

ƏDV bu tarixdən etibarən tutulacaq

Bu ayın sonunadək prosessinq mərkəzləri və banklar daxili proqram təminatlarında işləri yekunlaşdırmalıdır.

"Dekabrın 1-dən ölkə xaricində yerləşən müəssisələrin Azərbaycanda fəaliyyəti ilə əlaqədar kartlar vasitəsilə göstərilmiş bütün növ xidmətlərdən ƏDV tutulacaq”.

7news.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, ƏDV-nin tutulması ilə bağlı texniki problem yaranmışdı.  

"Bu ayın sonunadək bütün məsələlər öz həllini tapmalıdır. Prosessinq mərkəzləri və bankların daxili proqram təminatlarında işlər yekunlaşmalıdır. Dekabrın 1-dən gec olmayaraq banklar bu verginin tutulmasını həyata keçirməlidirlər", - deyə Z.Nuriyev vurğulayıb.  

 

7news.Az

Xəbər lenti