Əfqanıstan müharibəsində itkin düşən sovet pilotu sağ imiş

Əfqanıstan müharibəsində itkin düşən sovet pilotu sağ imiş

1980-ci illərdə Əfqanıstanda vurulan və bu günə kimi itkin düşən sovet hərbi pilotunun sağ olduğu məlum olub.

Bu barədə Rusiya Desantçılar Şurasının rəhbəri Valeri Vostrotin məlumat yayıb. Onun sözlərinə görə, pilotun sağ qalması çox təəccüblüdür. 

 

Vostrotin hazırda pilotun ölkəsinə gətirilməsi üçün maddi, inzibati və diplomatik yardıma ehtiyac olduğunu əlavə edib. Pilotun adı və soyadı isə konfidensiallıq baxımından açıqlanmır.

Qeyd edək ki, 1979-1989-cu illərdə Əfqanıstanda sovet hərbi-hava qüvvələrinə məxsus 125 döyüş təyyarəsi vurulub. /qafqazinfo

 

7news.Az

Xəbər lenti