Ekspert: Müşahidə olunan hava ərzağın qiymətinə təsir edəcək

Ekspert: Müşahidə olunan hava ərzağın qiymətinə təsir edəcək

İqlimin dəyişməsi, temperaturun kəskin qalxması dünyanın bir sıra regionlarında quraqlığa gətirib çıxara bilər.

Bunu Azərbaycanın Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov 7news.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qışda qarın azalması torpaqda içməli suyun defisitinə, həmçinin külək eroziyasına səbəb ola bilər.

"Torpağın rütubətliliyi 30-40%-ə qədər aşağı düşüb, bu isə məhsuldarlıq üçün kifayət deyil. Bu, müəyyən ərzaq probleminə zəmin yarada bilər”, - ekoloq bildirib.

Qeyd edək ki, yaz quraqlığı erkən toxum becərilməsi üçün xüsusən təhlükəlidir. Quraqlıq iqtisadiyyata, yoxsulluğun səviyyəsinə və qidalanmaya ciddi təsir göstərir.

7news.Az

Xəbər lenti