Ələkbər Məmmədovun ildönümü ilə bağlı futbol matçı keçiriləcək

Ələkbər Məmmədovun ildönümü ilə bağlı futbol matçı keçiriləcək

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, milli komandamızın ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar sabah futbol veteranlarından ibarət "Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, Pyemyer Liqa klubları) təşkil olunmuş "Futbol funksionerləri” komandası arasında yoldaşlıq oyunu təşkil olunacaq. 

7news.Az xəbər verir ki, Bayıl stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Oyuna baxmaq istəyən azarkeşlər üçün stadiona giriş sərbəst olacaq.

Komandaların heyətini diqqətinizə çatdırırıq:

"Təcrübə”: Cəmaləddin Əliyev, Arif Əsədov, Tərlan Əhmədov, Elmir Xankişiyev, Ədahim Niftəliyev, Oqtay Abdullayev, Şahin Diniyev, Nazim Süleymanov, Maşallah Əhmədov, Musa Qurbanov, Mahmud Qurbanov, Elxan Abdullayev, Zaur İsmayılov, Təbriz Həsənov, İqor Getman, Yaşar Vahabzadə, Vasif Haqverdiyev, Samir Əliyev, Araz Qulamov, Alim Qurbanov.

"Futbol funksionerləri”: Faiq Əzizov, Dmitri Kramarenko, Şahin Cəfərov, Elxan Məmmədov, Əfqan Kərimov, Bəxtiyar Osmanov, Emin Cəfərov, Cavid Cəlilov, Vüqar Əsgərov, Əliyar Ağayev, Aslan Şahgəldiyev, Firuz Abdulla, Ramin Həsənov, Kamran Quliyev, Yunis Hüseynov, Zaur Əzizov, Adil Şükürov, Rəmiş Malıyev, Fərhad Həsənov, Müşfiq Hüseynov

7news.Az

Xəbər lenti