Ələt Azad İqtisadi Zonasında beynəlxalq standartlar tətbiq ediləcək

Ələt Azad İqtisadi Zonasında beynəlxalq standartlar tətbiq ediləcək

"Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin detalları məlum olub.

Beş fəsil, 30 maddədən ibarət qanun layihəsində Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, developerin (Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi) hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapıb.

Qanun layihəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona səlahiyyətli qurumunun yaradılması təklif olunur. Səlahiyyətli qurum Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və inzibati müəssisələrinin fəaliyyətini tənzimləyəcək və nəzarəti həyata keçirəcək. Bundan başqa, səlahiyyətli qurum Azad Zona ərazisi, burada yerləşən əmlak və aktivlər, eləcə də, strateji məqsədlərlə bağlı hər hansı digər məsələləri tənzimləyəcək və bu işlərə nəzarət edəcək.

Səlahiyyətli qurum Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara əsasən daxili qaydalar hazırlayacaq. Həmçinin, səlahiyyətli qurum beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq hüququna malik olacaq.

Səlahiyyətli qurum tətbiq olunan rüsumlar və digər ödənişlərdən, developerlərdən və Azad Zona səlahiyyətli qurumuna məxsus digər hüquqi şəxslərdən alınan dividendlərdən, dövlət tərəfindən təmin olunan hər hansı digər mənbələrdən gəlir əldə edəcək.  /oxu

7News.Az

Xəbər lenti