Əli Hüseynli: “Əmin ola bilərsiniz ki...”

Əli Hüseynli: “Əmin ola bilərsiniz ki...”

Mən həmkarım Sevinc Hüseynovanın burada qaldırdığı məsələ ilə bağlı fikirlərimi çatdırmaq istəyirəm. Qeyd edim ki, mən və rus icmasının sədri Mixael Zabelin Rusiya Dövlət Dumasının sədri cənab Vyaçeslav Volodinə, eləcə də Dumanın müvafiq komitələrinə müraciət etmişik.

Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Svetlana Jurovanın qanunsuz olaraq Azərbaycanın işğal edilən ərazilərinə səfəri barədə danışarkən deyib.

Komitə sədri əlavə edib ki, bəlkə də buna ciddi reaksiya verməyə dəyməzdi:

 

"Lakin Svetlana Jurova Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədr müavini və hakim partiyanın üzvüdür. Buna görə Rusiya hakim partiyasına da müraciət etmişik. Əmin ola bilərsiniz ki, bu məsələ diqqətdə saxlanılacaq. Biz müraciətimizdə qeyd etmişik ki, Dumanın üzvlərinə bu səfər haqqında məlumat versinlər. Bəzən onlar işğal edilən ərazilərə səfəri "ictimai aksiya” adı altında edilər. Lakin bilməlidirlər ki, siyasi fiqurların ictimai fəaliyyəti siyasi yük daşıyır. Onlar bundan çəkinməlidirlər. İndiki halda bizim dövlətlərarası münasibətlərə xələl gətirə bilərlər”.

7News.Az

Xəbər lenti