Əliyar Ağayev Qazaxıstan və Hollandiya klubunun oyunçularını cəzalandırdı

Əliyar Ağayev Qazaxıstan və Hollandiya klubunun oyunçularını cəzalandırdı

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Kayrat” (Qazaxıstan) – "Alkmaar” (Hollandiya) oyununu azərbaycanlı hakimlər idarə edib. 

7news.Az xəbər verir ki, baş hakim Əliyar Ağayevin yan xətdə köməkçiləri Zeynal Zeynalovla Rza Məmmədov olub, 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

Almatı şəhərindəki qarşılaşma "Kayrat”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev beş sarı vərəqə göstərib ki, bunlardan üçü meydan sahiblərinə, ikisi qonaqlara olub.

7news.Az

Xəbər lenti