“Embawood”un yüksək vəzifəli şəxsi

“Embawood”un yüksək vəzifəli şəxsi

Bu yaxınlarda satytımızda “Masallı sakini intihar həddinə çatdığını deyir” başlığı ilə yazı dərc edilmişdi. Yazıda qeyd olunurdu ki, dələduzluğun qurbanı olduğunu bildirən Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu intihar həddinə çatdığını deyir.

Onun sözlərinə görə, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb. 

E.Ağayevin iddia ərizəsi əsasında Masallı rayon Məhkəməsi qərar da çıxardıb. Qərara görə, Z.Məmmədov şikayətçiyə 3700 dollar vəsaiti  ödəməlidir.

Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyevin 03.08.2015-ci il tarixdə E.Ağayevə verdiyi cavabda bildirilib ki, onlar Z.Məmmədovun yerini hələ də müəyyənləşdirməyib.

E.Ağayevin sözlərinə görə, icraçıdan bu qərarı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlu ona "borclunun sənədinə stop qoyulub" deyib. 

“Z.Məmmədov məhkəmə prosesinə gəlkmədiyi kimi polisin də çağırışlarına gəlmir. O, dələduz olmasaydı meydana çıxardı”,-deyə E.Ağayev bildirir.   

Z.Məmmədovun tapılıb icra məmurlarına təhvil verilməsi istiqamətində dəfələrlə Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətti”nə və daxili işlər naziri Ramil Usubova müraciət etsə də, problemin həll olunmadığını deyir

HADİSƏ İLƏ BAĞLI 7NEWS.AZ REDAKSİYASINA İLGİLNC MƏLUMAT DAXİL OLUB. 

Məlumatda deyilir ki, Elnur Ağayev onu aldadan Zaur Məmmədovu tapmaq, pulunu geri almaq məqsədi ilə “Embawood” mebel şirkətində yüksək vəzifədə işləyən qardaşı İlqar Məmmədova müraciət edib. İlqar Məmmədovun ona verdiyi cavab isə sözün bütün mənalarında insanı dəhşətə gətirib. “Embawood” rəsmisi Elnuru görüşə çağıraraq başını kəsəcəyi ilə hədələyib. E.Ağayev bununla bağlı “Embawood” mebel şirkətinin rəhbəri Məşhur Məmmədova müraciət ünvanladığını dedi: “Online olaraq mürciət ünvanlamışam, ancaq hələ bir cavab yoxdur.”

Redaksiyamıza İlqar Məmmədovun səs yazısı da daxil olub. Texniki ekspert qrupumuz səs yazısını tam tədqiq etdikdən sonra yazıya əlavə edəcəklər. 

7NEWS.AZ

Xəbər lenti