Əmək vizası asanlaşdı

Əmək vizası asanlaşdı

"ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olunub. 

BNEWS.Az Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, iyulun 6-dan əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.

 

"ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir. 

Qeyd edək ki, ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.

 

BNEWS.Az

Xəbər lenti