Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

7news.Az-ın xəbərinə görə, sərəncama əsasən, müğənni Emin Ağalarova "Xalq artisti” fəxri adı verilib.

Tanınmış müğənni Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, Emin Ağalarov iş adamı Araz Ağalarovun oğludur. Musiqi ilə yanaşı o, həmçinin bizneslə məşğuldur. Emin Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.

7news.Az

Xəbər lenti