Energetika naziri: Azərbaycan kondensat hasilatını artıracaq

Energetika naziri: Azərbaycan kondensat hasilatını artıracaq

Azərbaycan qaz və kondensat ehtiyatları üzrə yaxşı potensiala malikdir. "Şahdəniz”, "Abşeron”, "Babək” yataqlarının işlənməsinə dair planları nəzərə alsaq, gələcəkdə kondensat hasilatının artacağını gözləmək olar

7news.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib. 

O bildirib ki, neft hələ uzun onilliklər ərzində öz əhəmiyyətini qoruyub- saxlayacaq.

Nazirin sözlərinə görə, neft hasilatında yeni texnologiyaların tətbiqi, dizel mühərriklərindən imtina edilməsi və elektromobillərə üstünlük verilməsi də neft bazarına təsir göstərir.

7news.Az

Xəbər lenti