Ərdoğan: “İlham Əliyev FETÖ ilə mübarizəyə dəstək verib”

Ərdoğan: “İlham Əliyev FETÖ ilə mübarizəyə dəstək verib”
"Türkiyə-Azərbaycan münasibətlərini tək dövlət, iki millət anlayışı ehtiva edir”.

7news.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan qeyd edib ki, Azərbaycanla enerji məsələləri, müdafiə sənayesi ilə bağlı əməkdaşlıq böyük əhəmiyyət kəsb edir: "İki ölkə arasında ticarət dövriyyəsi durmadan artır. Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz də böyük əhəmiyyət kəsb edir. 15 il əvvəl müdafiə sənayesinə möhtac bir xalq idiksə, bu gün ehtiyaclarının böyük bir qismini özümüz qarşılaya bilirik. Biz öz ehtiyaclarımızın 60 faizini özümüz qarşılaya bilirik. Bunu qardaş ölkələrlə bölüşmək istəyirik. İkili ticarət həcmini 2-3 dəfə artırmaq istəyirik".

Türkiyə prezidenti Azərbaycan prezidenti İlham Əliyevin FETÖ ilə mübarizəyə dəstək verdiyini deyib: "İlham qardaşımın FETÖ ilə mübarizəyə dəstək verməsini təqdir edirəm. Onun həssaslığı, qarşılıqlı koordinasiya ilə bir çox problemləri həll etdik”.

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əlindən nə gəlirsə, onu etməyə hazırdır və bu günə qədər bunu edib. 

7news.Az

Xəbər lenti