Ermənilər BUNU DA ETDİ: “bura ata torpağımızdır” dedilər və... - FOTOLAR

Ermənilər BUNU DA ETDİ: “bura ata torpağımızdır” dedilər və... - FOTOLAR
Türkiyənin Van bölgəsindəki Akdamar kilsəsində ibadət etməyə gələn ermənilər Ermənistan bayraqlarını dalğalandırıb.
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin verdiyi məlumata görə, Türkiyə torpaqlarına gələn ermənilər "bura bizim ata torpaqlarımızdır” mesajlarını veriblər.

"Vana gələn ermənilər sosial şəbəkələrdə "Qərbi Ermənistan”a gedirik deyə yazırlar. Onlar dini ayinlərini yerinə yetirməyə gəlmirlər, bu ad altında siyasi mesajlar verirlər. Ermənilər Vanla yanaşı Qarsda da eyni şey etdilər. Qarsa gələn ermənilər qədəh toqquşdurub "ata torpaqlarımızdayıq” deyirlər”, - deyə o bildirib.

Gülbey Vanın valisinə müraciət edərək, ermənilərin bu davranışlarının qarşısını almağa çağırıb.

Qeyd edək ki, "böyük Ermənistan” xülyası quran ermənilər Azərbaycanla yanaşı, Türkiyə torpaqlarına da iddia edirlər./publika

7News.Az
 
 

Xəbər lenti