Erməninin arvadı çempion ola bilmədi, dava saldı - VİDEO - FOTO

Erməninin arvadı çempion ola bilmədi, dava saldı - VİDEO - FOTO

Dünyanın ən güclü qadın tennisçilərindən biri, amerikalı Serena Uilyams US Open tennis çempionatının final matçında dava salıb, hakimi təhqir edib.

7News.Az ABC-yə istinadən bildirir ki, "Reddit" servisinin sahibi, amerikalı milyarder Aleksis Ohanyanın xanımı, 36 yaşlı tennisçi final matçında yapon rəqibi Naomi Osakaya 2 setdə 2:6, 4:6 hesabla uduzub.

İkinci set başlayan kimi S.Uilyamsın məşqçisi Patrik Muratoğlu tribunadan ona məsləhət verib. Bu səbəbdən S.Uilyams xəbərdarlıq alıb. 5-ci geymi uduzanda isə Serena raketkanı korta çırpıb sındırdığı üçün cərimələnib.

Hesab yapon tennisçinin xeyrinə 4:3 olanda Serena Uilyams hakim qülləsinə yaxınlaşaraq hakim Karlos Ramosu təhqir etməyə başlayıb. Bu səbəbdən o, geymdən məhrum edilib.

Ramos Uilyamsa "Tribunadakı məşqçinin məsləhətlərindən yararlanmayın" deyəndə tennisçi ona "Yalan deyirsiniz! Belə iş olmayıb!" söyləyib.

Bundan sonra S.Uilyams matçın baş hakimini korta çağırıb, qərarın ləğvini tələb edib.

"Mən qaydaları pozmamışam, fırıldaq etməmişəm! Ramos oğrudur! Onun qərarını ləğv edin", - Serena Uilyams deyib.

 

Lakin cəza ləğv olunmayıb.

Naomi Osaka isə "Böyük Dəbilqə" seriyasındakı turnirdə qalib gəlmiş ilk yapon qadın tennisçi olub.

Mükafatlandırma mərasimində tribunadakı azarkeşlər N.Osakanı fitə basıblar və yapon tennisçi ağlayıb.

"Matçlarda kişi idmançıların hakimləri təhqir etdiklərini görmüşəm. Qadın hüquqları və bərabərlik uğrunda mübarizə aparıram. Hakimi "oğru" adlandırandan sonra onun məni geymdən məhrum etməsini seksizm sayıram. Kişi tennisçilər ona bu sözü dəfələrlə desə də, həmin hakim onları geymdən məhrum etməyib. Qadınların hüquqları uğrunda mübarizəni davam etdirəcəyəm. Məsələn, Alize Kornein futbolkasını çıxarandan sonra cərimələnməməsi üçün", - Serena Uilyams turnirdən sonra deyib.

7News.Az

Erməninin arvadı çempion ola bilmədi, dava saldı - VİDEO - FOTO

Erməninin arvadı çempion ola bilmədi, dava saldı - VİDEO - FOTO

Erməninin arvadı çempion ola bilmədi, dava saldı

Xəbər lenti