Ermənistan təşviş içində: Azərbaycandan düşməni tir-tir TİTRƏDƏN ADDIMLAR - ŞƏRH

"Ermənistan mediasında Azərbaycanın öz hərbi potensialını artırması ilə bağlı ən kiçik informasiya da gözdən qaçırılmır. Erməni mediasının nümayəndələri Azərbaycanın hərbi gücünü artırmaq yolunda atdığı hər addımı diqqətlə izləyirlər. Demək olar ki, erməni mediasında hər gün bununla bağlı məqamların öz əksini tapdığı yazılar geniş işıqlandırılır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda başlayacağı mümkün müharibə ehtimalına görə Ermənistan daim təşviş içərisindədir. Təcavüzkar ölkənin "news.am”, "lragir”, "razm.info”, "tert, "1in.am” kimi tanınmış saytları bu təşvişi əks etdirən yazıları dərc edirlər”.
Bu sözləri siyasi analitik Ehtiram Aşırlı deyib.
Ölkəmizin hərbi potensialının Ermənistanda yaratdığı təşviş haqqında danışan politoloq Azərbaycanın hərbi əməkdaşlıqlarının düşməni daim qorxu içində saxladığını vurğulayıb:
"Tert” saytında işıq üzü görən yazıda müəllif Azərbaycanın son hərbi uğurlarına və Milli Ordumuzun silahlandırmasına diqqəti çəkərək Fransanın ölkəmizə silah satacağı ilə bağlı qorxu dolu ehtimallarını dilə gətirib. Həmin yazıda qeyd olunur ki, "Fransanın "MBDA Systems” şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və "VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir. Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb. Şirkətin nümayəndələri deyirlər ki, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur: "Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”. Yerüstü bazalaşdırılan ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə hədəfləri zərərsizləşdirə bilir. Hər iki kompleks yaxın və uzaq mənzilli raketlərdən istifadə edir və yüksək sürətli hədəfləri vurma şansı 96-98 faizdir”, - müəllif yazısında hiddət dolu qısqanclıqla qeyd edib.
Bəli, Azərbaycan hökuməti dünyanın ən güclü dövlətləri ilə siyasi, hərbi əməkdaşlığını ən yüksək səviyəyə çatdırmaq üçün durmadan fəaliyyət göstərir. Rusiya, ABŞ, İsrail, İtaliya, Pakistan, Belarus kimi Azərbaycana silah ixrac edən ölkələr sırasına yaxınlarda Fransa da qoşulacaq. Bu isə o deməkdir ki, mümkün müharibə variantında Azərbaycanın hərbi gücü qarşısında Ermənistan heç döyüşlərə qatılmasa yaxşıdır. Çünki işğalçı ölkənin məğlubiyyəti bəri başdan məlumdur. Azərbaycan durmadan öz hərbi potensialını artırır. Bəs bu müddətdə Ermənistan nə işlə məşğuldur? Boş demaqogiya ilə. Erməni ictimaiyyəti səfil vəziyyətdə yaşayır, ölkədə işsizlik və aclıq ən son həddə çatıb, əvəzində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın xanımı əziyyət çəkməsin deyə 100 kilometrlik məsafəni vertolyotlarda gəzir. Paşinyan ölkədəki problemləri həll etmək barəsində ağızdolusu bəh-bəhlə danışır, ancaq ortada heç bir konkret nəticə yoxdur. İndidən özlərinin rahatlığını ən yüksək səviyyədə fikirləşən Paşinyan ailəsinin hakimiyyətə yiyələndikdən sonra özlərinə hansı lüksü rəva görəcəkləri və öz korrupsioner sələflərinin yolunu davam etdirəcəkləri göz qarşısındadır. Azərbaycan bu gün xarici siyasət kursunda heç vaxt olmadığı qədər böyük uğurlara imza atır, Ermənistan isə hələ də parlamentli, yoxsa prezidentli respublika olmaq kimi dilemmaları qəti şəkildə həll edib qurtara bilməyib. Bundan əvvəl Ermənistan hərbi xunta rejiminin zülmündən əziyyət çəkirdi, indi isə digər bir naşı siyasətçinin düşüncəsiz hərəkətləri və infantil ərköyünlüyünün qurbanı olmaqda davam edir. Paşinyan sanki məqsədli şəkildə Ermənistanın xarici aləmə çıxan yollarını bir-bir bağlayır. Bununla müqayisədə Azərbaycana baxaq. Azərbaycan dünyanın ən güclü dövlətləri ilə müttəfiqlik səviyyəsində münasibətlər qurur. Ermənistan rəhbərliyi boş-boş danışır, Azərbaycan isə əməli işlərlə öz real hərbi gücünü və beynəlxalq arenada mövqeyini möhkəmləndirir.
Həmçinin mümkün Pakistan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi məsələsinə də biganə qala bilmərik. Üçtərəfli təlimlərin keçirilməsi fikri işğalçı ölkəni dərindən narahat edir”.
Analitik qeyd edib ki, bütün bu faktların işğlaçı ölkənin mətbuatında da prioritet mövzu olması bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialını artırması, mümkün müharibə ehtimalı bu gün Ermənistanı ciddi narahat edir və çox qorxudur. Bu qorxunun yeganə çarəsi isə Ermənistanın ən qısa müddətdə Azərbaycanın işğal altında saxladığı torpaqlarını boşaltmasıdır./publika
7News.Az
Xəbər lenti
-
14:10Mədət Quliyevin oğlu Nigar Camalla birlikdə – FOTO
-
14:05Azərbaycanda energetik içkilərin bu şəxslərə satışı qadağan edilir
-
14:00Ərinin komandada qalması üçün göz yaşı tökdü - FOTO
-
13:50Kərim rəqqasə ilə sevgilidir?
-
13:41Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO
-
13:40Arvadı Serdar Ortaçı tək qoydu
-
13:31"Anamı əməliyyat edən cərrah erməni idi, türklərə nifrət edirdi, əməliyyat zamanı..." - Deputat
-
13:30Hamilə qadın körpəsini təyyarədə dünyaya gətirdi - Video
-
13:20Tovuzda biabırçılıq — Tələbə qızı qaçırdılar, intim fotolarla şantaj etdilər
-
13:16Azərbaycanın bölgələrində gənc könüllülər “Report” Agentliyinin fəaliyyətinə cəlb edilirlər - VİDEO
-
13:14Prezident İlham Əliyev bəzi çoxmənzilli binalarla bağlı fərman imzaladı
-
13:12Sinoptiklər şaxtalı hava vəd edirlər
-
13:10Könül Xasıyeva atasının 40-ı çıxmamış ad günündə mahnı oxudu - Video
-
13:02Günay Ledi Qaqa obrazında: öz villasında klip çəkdirdi - VİDEO
-
13:00Aytəndən ehtiraslı rəqs - VİDEO
-
12:50Ali Atay Hazaldan əvvəl evli imiş - FOTO
-
12:40Hindistanda yük maşını toya gedən izdihama çırpıldı: 13 ölü
-
12:35Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi
-
12:32Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
-
12:31Hitler əslində QAÇDI? - Ölümüylə bağlı İNANILMAZ detallar / VİDEO
-
12:30Ramiz Əzizbəylinin son halı: "Yaşamaq istəyir..."
-
12:25Ermənistan yalvarmağa başladı: Bakıda silahlar cingildəyir, Rusiya və İsrail...
-
12:23Dövlət himni bundan sonra farağat vəziyyətdə oxunub dinləniləcək
-
12:21Goranboyda canavarlar kəndlərə hücum etdi, işçi qrup yaradıldı
-
12:20Məşhur cütlük fiziki qüsurlu övladlarının 34 yaşını belə qeyd etdi - FOTO
-
12:16Azərbaycanda banka getmədən hesab açmaq mümkün olacaq
-
12:10"Estetik əməliyyat etdirsəm, əvvəlcə böyük burnumdan başlayaram"
-
12:07Adil Əliyev və Rauf Əliyev komitə üzvlüyündən çıxarıldı
-
12:04Dünya ŞOKDA: İki təyyarə havada toqquşdu - FOTO
-
12:00Aşpaz sevgilisi Sıla haqda sualları eşidib qaçdı
-
11:53Prezident Avropa Komissiyasının nümayəndə heyətini qəbul etdi
-
11:50Ana 7 uşaq dünyaya gətirdi
-
11:45Bakıda temperatur 0 dərəcəyə enəcək, yollar buz bağlayacaq və... - Umayra Tağıyeva AÇIQLADI
-
11:40Bu pendirlər XƏRÇƏNG YARADIR - Dietoloqdan ŞOK XƏBƏRDARLIQ
-
11:30Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərin maaşına yaxınlaşacaq
-
11:20Azərbaycanlı samboçu Rusiyada adam öldürdü
-
11:19Bakıda polis əməkdaşına cinayət işi açıldı - İŞGƏNCƏ, QEYRİ-İNSANİ HƏRƏKƏTLƏR...
-
11:15Buraxılış imtahanlarının qrafiki açıqlanıb - CƏDVƏL
-
11:14Üç dost 14 yaşlı qızı zorladı, sonra elçi göndərdilər - Bakıda qandonduran cinayət
-
11:10Siqaret çəkən avtobus sürücüsü işdən qovuldu - VİDEO
Digər xəbərlər
-
DÜNYA
Hindistanda yük maşını toya gedən izdihama çırpıldı: 13 ölü
-
DÜNYA
Hitler əslində QAÇDI? - Ölümüylə bağlı İNANILMAZ detallar / VİDEO
-
DÜNYA
Dünya ŞOKDA: İki təyyarə havada toqquşdu - FOTO
-
DÜNYA
“S-400”-lərin Türkiyəyə çatdırılacağı tarix MƏLUM OLDU
-
DÜNYA
Anası intim münasibəti rədd edincə 4 yaşlı qıznı zorladı, başını kəsib dərisini üzdü - DƏHŞƏT - FOTO
-
DÜNYA
Zorlanma videosu yayılan 2 uşaq anası intihar etdi - FOTO
-
DÜNYA
Baş ağrısı ilə xəstəxanaya gedən kollec tələbəsi uşaq doğdu - FOTO
-
DÜNYA
SON DƏQİQƏ: İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR
-
DÜNYA
Peskov Türkiyə qəzetində jurnalist işləmək istəyib