Ermənistan yenə qarışdı — Etirazçılar mərkəzi küçələri tutub

Ermənistan yenə qarışdı — Etirazçılar mərkəzi küçələri tutub
Ermənistanın paytaxtı Yerevan şəhərində "Vətəndaş razılığı” partiyasının sədri Nikola Paşinyanın tərəfdarları etiraz aksiyası keçirir.
7news.Az xəbər verir ki, etirazçılar mərkəzi küçələri tutublar.

Paşinyan bildirib ki, Arşakunyans prospekti, Abovyan, Moskovyan, Saryan küçələri, Baqramyan və Maştotsa prospektləri bağlanıb.

Sürücülər isə etirazçılardan küçələri açmağı tələb edirlər.
Polis də bir sıra küçələri bağlayıb. Polisin məqsədi etirazçıları parlament binasına buraxmamaqdır.

7news.Az

Xəbər lenti