Ermənistanda etiraz aksiyasında dava düşdü – VİDEO

Ermənistanda etiraz aksiyasında dava düşdü – VİDEO

Ermənistanın paytaxtında bir neçə gündür erməni katalikosu II Qareqinin istefası tələbi ilə etiraz aksiyaları davam edir. 

7news.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, iyunun 11-də etirazçılar Müqəddəs Anna kilsəsi önünə yığışıblar və tələblərini səsləndiriblər. 

Aksiyada dava olub. II Qareqin ibadətdən sonra kilsədən çıxarkən mitinqçilər etiraz şüarları səsləndiriblər, bu isə insident üçün bəhanə yaradıb.

"Siz bizim katolikosun istefasını tələb edə bilməzsiniz. Bilirik ki, sizin arxanızda kimlər var”, - keşişlərdən biri deyib və bildirib ki, mitinq iştirakçıları erməni apostol kilsəsini zəiflətməyə çalışır.

Katalikos hadisə yerindən gedib. Hadisə yerinə gələn polis etirazçıları sakitləşdirib. 

 

7news.Az

Xəbər lenti