Ermənistanda təyyarə qəzası: ekipaj üzvləri öldü - YENİLƏNİB

Ermənistanda təyyarə qəzası: ekipaj üzvləri öldü - YENİLƏNİB

Ermənistan Müdafiə Nazirliyi radarlardan itən Su-25 qırıcısının qəzaya uğradığını açıqlayıb. 

7News.Az erməni KİV-ə istinadən xəbər verir ki, bununla bağlı nazirliyin mətbuat katibi Artsrun Ovannisyan "Facebook” hesabında məlumat yayıb. 

O bildirib ki, qırıcı Şirak vilayətinin Maralika rayonunda qəzaya uğrayıb. Hadisə zamanı Su-25 təyyarəsinin ekipaj üzvləri polkovnik Armen Babayan və mayor Movses Manukyan ölüb.

13:15

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi  havaya qalxandan sonra radarlardan itib.

7News.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təyyarə Gümrü şəhərindəki aeroportdan saat 10:06-da havaya qalxıb. Saat təxminən 10:20-də onunla əlaqə itib.

Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

7News.Az

Xəbər lenti