Ermənistandan Qarabağla bağlı ŞOK ADDIM: hərbi ittifaq və...

Ermənistandan Qarabağla bağlı ŞOK ADDIM: hərbi ittifaq və...
Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qondarma rejimlə "müstəqil respublika” kimi hərbi ittifaq yarada bilər.

Bu barədə separatçı rejimin "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan "aravot” qəzetinə müsahibəsində bildirib.

Balanyan bildirib ki, "Ermənistanla Qarabağ arasında hərbi ittifaqın bağlanması məsələsi gündəmdədir”.

"Bizdə Ermənistanın de-yure "Qarabağ xalqının” təhlükəsizliyinin zamini olduğunu göstərən sənəd olmalıdır. Bu sənəd konkret olaraq "Qarabağ xalqının təhlükəsizliyi” ilə bağlı olmalıdır, "ərazi bütövlüyünün qarantı” ilə bağlı yox. Çünki hələ də Azərbaycanda qalan erməni əraziləri var”, - deyə separatçı Balasanyan iddia edib.

Balasanyan absurd fikirlərinə davam edərək qeyd edib ki, "Ermənistan-Qarabağ hərbi ittifaqı regionda Azərbaycan-Türkiyə hərbi ittifaqına qarşı yaradılmalıdır”.

Onun sözlərinə görə, belə bir sənədim imzalanması müharibə zamanı Ermənistana "Qarabağı müdafiə etmək” imkanı verəcək.

"Faktiki olaraq, İrəvan və Xankəndi məşhur "bir millət – iki dövlət” düsturu əsasında münasibətlər qurmağa başlayıb”, - deyə o, Azərbaycan və Türkiyə münasibətlərini əks etdirən düsturu da mənimsədiklərini etiraf edib./publika

7News.Az

Xəbər lenti