Ermənistanın “Su-25” təyyarəsi radarlardan itib

Ermənistanın “Su-25” təyyarəsi radarlardan itib

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi  havaya qalxandan sonra radarlardan itib.

7News.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təyyarə Gümrü şəhərindəki aeroportdan saat 10:06-da havaya qalxıb. Saat 09:20-də onunla əlaqə itirilib.

Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

7News.Az

Xəbər lenti