"Əsəbiləşdirəndə 1 ay onlarla cinsi əlaqədə olmuram" - 3 arvadlı kişi - FOTO

Britaniya mətbuatı Rusiyada yaşayan 3 arvadlı kişi ilə bağlı yazı hazırlayıb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyada yaşayan İvan Suxovun 3 həyat yoldaşı var.

O, düşünür ki, xanımlarının sayı azdır. İvanın dediyinə görə istəyi 50-yə yaxın uşağa sahib olmaqdır.

34 yaşı olan Ivan ilk dəfə, 11 il əvvəl Nataliya Suxova ilə ailə qurub.

Xəstəxanada tibb bacısı işləyən Nataliya açıqlamasında söyləyib:

"Ərimin başqa arvad almaq istədiyini eşidəndə əvvəl təəccübləndim, qarşı çıxdım. Amma sonradan gördüm bunu həqiqətən arzulayır. Mən də razılaşdım"

Hazırda Ivanın 9 uşağı var. Uşaqlardan 6-sı Nataliyadandır.

 

Onun 2-ci xanımı 10-cu uşağa hamilədir.

3 otaqlı evdə qalan İvan gündə bir arvadı ilə yatır. O, bildirib ki, arvadlarından biri onu əsəbləşdirəndə 1 ay onunla cinsi əlaqədə olmamaqla cəzalandırır.

"Hansısa biri məni əsəbiləşdirəndə 1 ay onlarla yatmıram"

İvanın 3-cü xanımı müsəlmandır. Onun adı Mədinədir.


7News.Az

Xəbər lenti