Evdə qəlyan çəkən ərini məhkəməyə verdi, pul tələb etdi: Şok məbləğ - FOTO

Evdə qəlyan çəkən ərini məhkəməyə verdi, pul tələb etdi: Şok məbləğ - FOTO
İstanbulda bir uşaq anası olan və müəllimə işləyən F.Ç 5 illik ərinə boşanma davası açıb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın boşanmaya səbəb kimi əri S.Ç-nın hər zaman yemək seçdiyini və evdə qəlyan çəkdiyini göstərib. 

Qadın bildirib ki, hər dəfə həyat yoldaşı yeməklərini pisləyib: "Birlikdə yaşadığımız 5 il ərzində hər zaman aramızda yemək problemi yaşanırdı. O, məndən yemək bişirməyimi istəyirdi. Bişirdiyim yeməyi bəyənmədiyini söyləyib hər dəfə mübahisə edirdi. Bundan əlavə ərim evdə qəlyan çəkirdi. Ona görə evimizdə hər zaman duman olurdu. Qadın ərindən həm maddi, həm də mənəvi təzminat kimi 40 min manat və uşaqlarının onda qalmasını tələb edib”.

S.Ç həyat yoldaşının ittihamını qəbul etməyib: "Hər kəs kimi mənim də sevmədiyim bir neçə yemək var. Qəlyanı isə arada eyvanda çəkmişəm. Həyat yoldaşım sadəcə məndən boşanmaq üçün əsassız bəhanələrə sığınır”. 

Evdə qəlyan çəkən ərini məhkəməyə verdi, pul tələb etdi: Şok məbləğ - FOTO
 
7News.Az

Xəbər lenti