Evdən 8 kiloqram narkotika tapıldı

Evdən 8 kiloqram narkotika tapıldı

Ağstafa şəhərində evə baxış zamanı narkotik aşkar edilib.

7news.Az DİN-nin saytına istinadən xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib. Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib.

H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. 

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

7news.Az

Xəbər lenti