Evdən qaçan 22 yaşlı müəllimə Bakıda tapıldı

Evdən qaçan 22 yaşlı müəllimə Bakıda tapıldı

Oktyabrın 2-də Gəncədə itkin düşən 22 yaşlı müəllimə Bakıda tapılıb.

7News.Az-ın məlumatına görə, aparılan axtarış tədbirləri nəticəsində Gəncə şəhər Vaqif küçəsində yaşayan 1996-cı il təvəllüdlü Əsgərova Günay Zahid qızının Bakıda olduğu müəyyən edilib. Onun tapılması barədə ailəsinə məlumat verilib.

Bildirilir ki, evdən qaçan gənc müəllimə Gəncədəki "Zəka” hazırlıq kurslarında işləyir və işdən çıxandan sonra yoxa çıxıb.

 

Onun Bakıya hansı məqsədlə gəlməsi məlum deyil.

7News.Az

Xəbər lenti