Fazil Məmmədov Avanesyanla Yerevanda döyüşəcək?

Fazil Məmmədov Avanesyanla Yerevanda döyüşəcək?

Üç ilə yaxındır idman karyerasını başa vuran azərbaycanlı boksçu Fazil Məmmədov peşəkar boksa qayıtmağa hazırdır. 

7News.Az xəbər verir ki, Məmmədovun qayıtmasının yeganə şərti erməni idmançı David Avanesyana qarşı Yerevanda görüşün təşkilidir.

Fazil Məmmədov 2016-cı ilin fevralında WBF və WBCA versiyası üzrə ağır çəkidə dünya çempionu olub, sonra isə karyerasını başa vurub. Bir müddət əvvəl sosial şəbəkə boksçu rinqə qayıtmaq arzusunu bildirib, ancaq qeyd edib ki, yalnız Avanesyanla və yalnız Yerevanda döyüşmək istəyir. 

"Mənim şərtlərim birmənalı və konkretdir. Döyüş yalnız Davidin evində, Yerevanda keçirilməlidir”, - Məmmədov yazıb. 

Xatırladaq ki, paylaşımdan sonra rusiyalı promouter, "Titov Boxing Promotion” şirkətinin direktoru Aleksey Titov Azərbaycan və Ermənistan arasındakı problemlər səbəbindən döyüşü təşkil etməyin çətin olduğunu açıqlayıb. Ancaq qeyd edib ki, razılıq əldə olunsa, şirkət 2019-cu ilin ortalarında Məmmədov-Avanesyan görüşünün təşkilatçılığını üzərinə götürməyə hazırdır.

7News.Az

Xəbər lenti