Fazil Mustafa: “BDU-ya Məhəmməd Əmin Rəsulzadənin adının verilməsinin tərəfdarı deyiləm”

Fazil Mustafa: “BDU-ya Məhəmməd Əmin Rəsulzadənin adının verilməsinin tərəfdarı deyiləm”
Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olacaq.
 
Bu səbəbdən də prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Məhz cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar Bakı Dövlət Universitetinin qarşısında Məhəmməd Əmin Rəsulzadənin büstünün qoyulması və ya universitetə adının geri qaytarılması gözlənilirmi?

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa sözügedən məsələlərlə bağlı BNEWS.az-a açıqlama verib. O, Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsinə tərəfdar olmadığını deyib: "Məhəmməd Əmin Rəsulzadənin adına yeni, modern bir universitet açıb onun adına vermək daha doğru olardı. Artıq bu söhbətin uzanmasının da tərəfdarı deyiləm. Bu məsxərə mövzusuna oxşayır. Diqqət etsəniz Bakı Dövlət Universitetinin qarşısında "Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır" yazılmış mərmər lövhə görəcəksiniz. İllərdir ki, orada olan lövhə hələ də sahibinin büstünü gözləyir. Bu hal Məhəmməd Əmin Rəsulzadəyə qarşı xoşagəlməyən münasibətin təzahürüdür. Kiminsə minnəti olsun ki, Məhəmməd Əmin Rəsulzadənin adı ora verilir”, - deyə Fazil Mustafa qeyd edib.
 
7News.az
 

Xəbər lenti