Fazil Mustafa: “Boykot taktikası yanlışdır” - ÖZƏL

Fazil Mustafa: “Boykot taktikası yanlışdır” - ÖZƏL
Bu ilin aprelində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu ölkə üçün mühüm hadisə sayılır. Lakin seçki öncəsi ölkənin müxalif düşərgəsində qeyri-müəyyənlik yaşanır. Artıq AXCP sədri Əli Kərimli, Milli Şuranın boykot qərarı seçdiyini bəyan edib. Milli Şuranın bu addımı təxribat xarakteri daşıyır? 
Boykot qərarı partiyaların hüququdur...
Bunu BNEWS.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa boykot qərarına münasibət bildirərkən deyib. O bildirib ki, əslində siyasi partiyalar seçkidə iştirak etməlidirlər. Bu onların birbaşa mənəvi borclarıdır: "Kimlərsə öz gücünə, eləcə də cəmiyyətin dəstəyini alacağına inamı olmadığından belə bir addım atırsa, buna görə onları qınamaq doğru deyil. Bu onların seçimidir. Hesab edirəm ki, siyasi partiyalar ölkədə baş verən bütün seçki proseslərində iştirak etməlidirlər, boykot taktikası yanlış taktikadır. Bu taktikanı seçənlər də əslində siyasi partiya olaraq öz funksiyasını yerinə yetirmirlər”. 
Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Xatırladaq ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumda Konstitusiyaya dəyişikliklər edildikdən sonra prezident növbədənkənar seçkiləri şəxsən özü təyin etmək hüququ əldə edib.
7News.az

Xəbər lenti