Fazil Mustafa: "Bu istiqamətdə uğur qazanmağımız mümkün deyil"

Fazil Mustafa:

Bu gün Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-də mətbuat nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirib. Tədbirdə H. Hacıyev Xocalı və Qarabağda cinayətlərin törədilməsində iştirak edən insanların cinayət məsuliyyətinə cəlb olunması üçün beynəlxalq tribunala verilməsi təklifi ilə çıxış edib.

 

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, xeyli vaxtdır bu məsələlər gündəmə gətirilir: 

"Hesab edirəm ki, Xocalı və Qarabağda cinayətlərin törədilməsində iştirak edən insanların cinayət məsuliyyətinə cəlb olunması vacibdir. Ən azı siyasi bir jest olaraq da edilməlidir. İndi bu istiqamətdə uğur qazanmağımız mümkün deyil. Çünki erməniləri himayə edənlərin sayı çox olduğuna görə, kimsənin bu dövlətə qarşı eyni addım atmasını gözləmək sadəlöhlük olardı. Amma biz bütövlükdə bu istiqamətdə yenə də çağırışlar etməliyik. Çünki bu bizim üçün həm də siyasət baxımından vacibdir. Serj Sərkisyan kimi qatillərin hərbi tribunala cəlb olunması hər platformada tələb etməliyik”, - deyə F. Mustafa əlavə edib.

 

7News.az

Xəbər lenti