Fazil Mustafa: “JEK”-lərin fəaliyyət göstərməsi qanunla qadağandır” - AÇIQLAMA

Fazil Mustafa: “JEK”-lərin fəaliyyət göstərməsi qanunla qadağandır” - AÇIQLAMA

Mənzil və kommunal təsərrüfatı xərcləri üçün bu il dövlət büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb. Bu, 2017-ci illə müqayisədə 153,2 milyon manat və ya 50,4 faiz çoxdur. Bələdiyyələrlə yanaşı bu qurum də işlək olması istənilən halda büdcəyə israfçılıqdır.

 

Halbuki cəmiyyətin gözləntisi "JEK”-lərin ləğvi idi. Mənzil İstismar Sahələri sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər də yığır. Amma ən xırda problemləri belə mənzil mülkiyyətçisinin öz vəsaiti hesabına həllini tapır. Bəs, Mənzil Kommunal Təsərrüfat birliklərinə ayrılan bu vəsaitlə hansı işlər görülür?

 

 

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, artıq Azərbaycanda qəbul olunan Mənzil Məcəlləsinə görə "JEK”-lər fəaliyyət göstərməməlidir: "Azərbaycanda qanunlar bəzən qaydalardan sonra işlədiyinə görə, "JEK”-lərin ləğvi məsələsi öz həllini hələ də tapmayıb. Mənzil Məcəlləsində "JEK”-lər fəaliyyəti ləğv olunubdur”.


Fazil Mustafanın sözlərinə görə, aprelin 11-nə təyin edilmiş prezident seçkilərində sonra "JEK”-lərin ləğv edilib-edilməyəcəyini indidə söyləmək çətindir: "Qanunla "JEK”-lər fəaliyyət göstərməməlidir. Reallıqda qanunun işləməməsi faktorı var. "JEK”-lərin işini bələdiyyələrə verilməsinin tərəfdarıyam. Çünki bələdiyyə qurumlarını dirçəltmək lazımdır. Yerli problemləri həllinə bələdiyyələr qədər maraqlı olan ikinci bir qurum yoxdur. Ona görə də, bu məsələnin necə həll olunacağını indidən söyləmək çətindir. Bütün hallarda biz üçün də açıq qalan bir sualdır”./BNEWS.Az

 

7news.Az

 

Xəbər lenti