Fazil Mustafa prezidentliyə namizədliyini irəli sürəcək

Fazil Mustafa prezidentliyə namizədliyini irəli sürəcək
"Ölkədə növbədənkənar Prezident seçkilərinin keçirilməsində əsas məqsəd 2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşməsilə bağlıdır. Çox güman ki, onu ortadan qaldırmaq üçün belə bir addım atılıb”.

7News.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib: "Növbədənkənar prezident seçkilərini təyin etmək Azərbaycan prezidentinin müstəsna səlahiyyətinə aid olan məsələdir və belə bir qərar qəbul etməyə ixtiyarı var. Gələcəkdə prezident seçkisinin vaxtı ilə əlaqədar Azərbaycan Konstitusiyasına da dəyişiklik ediləcək”.

Eyni zamanda F. Mustafa növbədənkənar prezident seçkisində namizədliyini irəli sürmək fikrində olduğunu deyib. 

Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. 

Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Xəbər lenti