Fərid Şahbazlı ATƏT-də çıxış etdi: Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır

Fərid Şahbazlı ATƏT-də çıxış etdi: Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Polşanın Varşava şəhərində ATƏT-in İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısında iştirak edir. Toplantında ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.
Toplantının ikinci günündə ATƏT üzvü olan ölkələrdə söz və media azadlığının vəziyyəti müzakirəyə çıxarılıb.

Toplantıda "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək Azərbaycanda söz və media azadlığı sahəsində görülən işlərdən danışıb. O qeyd edib ki, konfransda Azərbaycana qarşı qərəzli və reallıqdan uzaq fikirlər səsləndirilir: "Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır: Azərbaycanda cəmi bir günə xəbər portalı, müvafiq dövlət qurumuna informasiya xaraktetli bildiriş göndərməklə qəzet və jurnal təsis etmək mümkündür. Hazırda ölkəmizin internet media məkanında yüzlərlə xəbər portalı mövcuddur. Jurnalistlər bütün yüksək vəzifəli rəsmi şəxsləri tənqid etməkdə azaddırlar. Bəzi şəxslər isə öz qanunsuz əməllərini jurnalistika fəaliyyəti ilə pərdələmək istəyirlər. Mənim ölkəmdə heç bir jurnalist yazdığı yazıya görə həbs edilməyib”.

https://i2.wp.com/editor.az/wp-content/uploads/2018/09/41637630_1804639462905204_6708638813549232128_n.jpg?resize=768%2C512 768w, https://i2.wp.com/editor.az/wp-content/uploads/2018/09/41637630_1804639462905204_6708638813549232128_n.jpg?w=960 960w" sizes="(max-width: 555px) 100vw, 555px" style="letter-spacing: 0px; outline: 0px; margin: 0px; padding: 0px;" />

https://i1.wp.com/editor.az/wp-content/uploads/2018/09/41490545_1813376142113488_5254361091827302400_n.jpg?w=720 720w" sizes="(max-width: 660px) 100vw, 660px" style="outline: 0px; margin: 0px; padding: 0px;" />

7News.Az

Xəbər lenti