FHN-dən Keşlədəki yanğınla bağlı - Rəsmi açıqlama

FHN-dən Keşlədəki yanğınla bağlı - Rəsmi açıqlama

Bakının Keşlə qəsəbəsində yanğın hadisəsi baş verib.

7News.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən özəl olaraq bildiriblər ki, hadisə qəsəbə ərazisindəki məişət tullantıları sahəsində baş verib. Bildirilib ki, hadisə nəticəsində əraziyə yığılmış istifadəsiz avtomobil şinləri və məişət tullantıları alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının qarşısı alınmaq üzrədir.

Mərkəzdən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir./trend

7News.az

Xəbər lenti