Finalçılar bəlli oldu

Finalçılar bəlli oldu
Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

7News.az-ın məlumatına görə, 2-ci yarımfinalda Qazaxıstan və İspaniya milliləri üz-üzə gəlib. 

Gərgin keçən matçın əsas vaxtında qalib aşkarlanmayıb - 5:5. Penaltilər zərbəsində ispanlar daha dəqiq olub - 2:1. 
 
Qeyd edək ki, ilk yarımfinalçı Rusiya millisini 3-2 hesabı ilə məğlub edən Portuqaliya olmuşdur.
 
Beləliklə, Avropa çempionu adı uğrunda Portuqaliya və İspaniya milliləri üz-üzə gələcək. III yer uğrunda matçda isə Qazaxıstanən rəqibi Rusiya olacaq. 

Qitə birinciyilinin son 2 matçı fevralın 10-da oynanılacaq. 

Xəbər lenti