Finlandiya prezidenti 69 yaşında ata olub

Finlandiya prezidenti 69 yaşında ata olub

Yanvarın sonunda ikinci müddətə seçilən Finlandiya prezidenti Sauli Niinistö 69 yaşında ata olub.

 Fevralın 2-də dövlət başçısının xanımı Yenni Haukio oğlan uşağını dünyaya gətirib.

Sauli Niinistö və Yenni Haukio 2009-cu ildə ailə qurublar. Dövlət başçısının birinci arvadı 1995-ci ildə yol qəzasında həyatını itirib. Sauli Niinistönun birinci nikahdan iki uşağı var. Onun 40 yaşlı hazırkı həyat yoldaşı isə ilk dəfə ana olub./oxu

7News.Az

Xəbər lenti