“Formula 1” yarışlarında metro gücləndirilmiş rejimdə çalışacaq

“Formula 1” yarışlarında metro gücləndirilmiş rejimdə çalışacaq

Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1” Azərbaycan Qran-Pri yarışları zamanı "Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışacaq.

Bu sözləri 7news.Az-a açıqlamasında "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, həmin tarixlərdə sərnişinlərin daşınması ilə əlaqədar olaraq "Bakı Metropoliteni”nin qrafikində dəyişiklik olacaq:

"Əsasən, tədbirlərin keçiriləcəyi əraziyə yaxın iki stansiya – "28 may” və "İçərişəhər” stansiyalarında iş qrafiki artırılacaq. Zərurət yaranarsa, gecə saat 02:00-a qədər hər iki stansiya şərnişinlərin girişi üçün açıq olacaq”.

N. Paşayev yarışların keçirildiyi günlərdə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Təşkilat Komitəsi ilə birgə işləyəcəyini də qeyd edib:

"Komitə ilə mütəmadi əlaqə yaradılacaq. Əgər ziyarətçi və iştirakçıların daşınmasına zərurət yaransa, 02:00-a qədər, əks halda isə 01:00-a qədər işləyəcəyik. Əgər ziyarətçilərin daşınması saat 01:00-da başa çatsa, metro stansiyaları da həmin vaxt bağlanacaq. Sərnişinlərin daşınması və mənzil başına çatdırılmasında heç bir problem olmayacaq”.

7news.Az

Xəbər lenti