Futbolçu ildırımvurmadan öldü

Futbolçu ildırımvurmadan öldü

Cənubi Afrikada  "Marisburq Yunayted” klubunun şərəfini qoruyan futbolçu Luanda Nsxanqase ildırımvurma nəticəsində ölüb.

7news.Az xəbər verir ki, bu barədə "Sovetski sport” məlumat yayıb.

21 yaşlı hücumçu martın 1-də yoldaşlıq matçı zamanı yaralanmışdı. Futbolçu xəstəxanaya çatdırılsa da, həkimlər onu koma vəziyyətindən çıxara bilməyib.

Nsxanqasenin hadisədən iki ay sonra vəfat etdiyi bildirilir.

7news.Az

Xəbər lenti