Futbolçuların olduğu qatarda TƏCAVÜZ QALMAQALI - 19 yaşlı qızı...

Futbolçuların olduğu qatarda TƏCAVÜZ QALMAQALI - 19 yaşlı qızı...

Almaniyada qatarda təcavüz hadisəsi baş verib.

7news.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Münhendən "Bavariya” ilə oyundan qayıdan Münhenqladbax "Borussiya”sının futbolçularının da olduğu qatarda bir qıza təcavüz edilib. Bu səbəbdən qatardakı bütün sərnişinlər polis nəzarətinə götürülüb.

Bonn şəhərindən olan 19 yaşlı qız polisə təcavüzlə bağlı məlumat verib. "Flörsheim am Main” stansiyasında qatar saxlanılıb. Yerli polis əməkdaşları Qatar Münhenqladbaxa çatana kimi bütün sərnişinləri yoxlayıb. Daha sonra hamının şəxsiyyəti təsdiq edən sənədi toplanıb və hadisənin baş verdiyi qatarda polis araşdırma aparıb.

 
7news.Az

Xəbər lenti