Gəlin olmağa hazırlaşan qızın faciəvi sonu - FOTO

Gəlin olmağa hazırlaşan qızın faciəvi sonu - FOTO

Toyunda arıq görünmək üçün mədə kiçiltmə əməliyyatına girən qız dünyasını dəyişib.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Cana Morils (Jana Moreels) adlı artıq çəkidən əziyyət çəkən qadın mədə kiçiltmə əməliyyatına görə ölüb.

25 yaşlı qız bədən quruluşundan narazı idi və o, fiqurasına görə ələ salınırdı. Hətta bir dəfə təhlükəsizlik kəməri taxa bilmədiyinə görə rəfiqlərinin gülüş hədəfinə çevrimişdi.

O, mədə kiçiltmə əməliyyatından sonra evə buraxılsa da, belində ağrıları olub. Cana ad günündə komaya düşüb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Cana əməliyyatdan öncə toyu üçün gəlinlik alış-verişi etmişdi.

 

Əslən Belçikadan olan Cana əməliyyatdan 2 həftə sonra vəfat edib.

Onun ölümündən sonra aparılan testlər nəticəsində məlum olub ki, əməliyyat əvvəllər xəstəliyi olan Cananın ağciyərinə gedən damarlarının tutulmasına gətirib çıxarıb.

7News.Az

Gəlin olmağa hazırlaşan qızın faciəvi sonu - FOTO

Gəlin olmağa hazırlaşan qızın faciəvi sonu - FOTO

Xəbər lenti