Gəmini sahilə kəndirlə çəkib çıxardılar - VİDEO

Gəmini sahilə kəndirlə çəkib çıxardılar - VİDEO

Türkiyədə sərnişin gəmisinin mühərrikində yaranmış nasazlıq maraqlı görüntülərə səbəb olub.

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Çanaqqala şəhərinin Gökçeada sahili yaxınlığında mühərriki sönən gəmi sahildəki vətəndaşların köməyilə quruya çəkilib. 

Sahildəki insanların yarım saatlıq ümumi çalışması nəticəsində gəmi və gəmidəki sərnişinlər heç bir xəsarət almadan sahilə yan alıblar.

7News.Az

Xəbər lenti