Gəncə sakinində heroin və psixotrop maddələr aşkarlanıb

Gəncə sakinində heroin və psixotrop maddələr aşkarlanıb

Mayın 11-də Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində 2.304 qram artıq narkotik vasitə və xeyli sayda psixotrop maddə olan həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən 7news.Az-a verilən məlumata görə, mayın 11-də Gəncə BPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İlkin Orucov saxlanılıb.

Əvvəllər məhkum olunmuş İlkin Orucov saxlanılarkən üzərindən 2.304 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan güclü  psixotrop təsirə malik olan 105 ədəd 50 mq-lıq "Tramadol” həbləri, 10 ədəd 200 mq-lıq "Tramadol” həbləri və yeddi ədəd 300 mq-lıq "Lirika” həbləri aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

7news.Az

Xəbər lenti