Gəncədə avtomobil 2 piyadanı vurdu

Gəncədə avtomobil 2 piyadanı vurdu

Gəncədə iki piyadanı avtomobil vurub.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Qəza zamanı piyadalardan biri hadisə yerində ölüb. Digər şəxs, 1993-cü il təvəllüdlü Bağırov Rüstəm Fazil oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

 

7news.Az

Xəbər lenti